14 C
Baku
Şənbə, Noyabr 9, 2024
EvCəmiyyətICESCO nümayəndə heyəti Ağdama səfər edib

ICESCO nümayəndə heyəti Ağdama səfər edib

Oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclası çərçivəsində iştirakçılar Ağdama səfər ediblər.

Daylinews-az.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, səfər zamanı ICESCO-nun Mədəniyyət və Kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri Məhəmməd Zeynalabdin, İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd Əl-Aydarus və digər nümayəndələr İmarət Kompleksi və Cümə Məscidini ziyarət ediblər.

Qonaqlar əvvəlcə Qarabağ xanlarının qəbirüstü türbələrinin yerləşdiyi İmarət Kompleksi ilə tanış olublar. Onlara Pənahəli xan, İbrahimxəlil xan və Xurşidbanu Natəvanın məzarları, eləcə də işğal dövründə məruz qalmış erməni vandalizmi və bərpa prosesi barədə ətraflı məlumat verilib.

İnteraktiv muzey kompleksində Qarabağ xanlığı və Cavanşirlər sülaləsi ilə bağlı tarixi faktlar, Xurşidbanu Natəvanın əl işləri və poemalarına həsr olunmuş təqdimatlar nümayiş etdirilib.

Qonaqlar, həmçinin, Ağdam Cümə Məscidini ziyarət edərək məscidin bərpa prosesi və işğal dövründəki vəziyyəti ilə tanış olublar.

ICESCO rəsmiləri Azərbaycan Respublikasına tədbirə ev sahibliyi etdiyi üçün minnətdarlıqlarını bildirərək, Qarabağda aparılan bərpa və quruculuq işlərinin nümunəvi olduğunu vurğulayıblar.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər