III MDB Oyunları çərçivəsində növbəti futbol qarşılaşması keçirilib. Qəbələdə olan müxbirinin məlumatına əsasən, B qrupunda Belarus və Özbəkistan komandaları üz-üzə gəlib.
Maraqlı keçən oyunda Belarus millisi 2:1 hesabı ilə qələbə qazanıb. Bu nəticə ilə Belarus qrupa əhəmiyyətli xalla davam edir. Futbol yarışlarının yekunu isə oktyabrın 4-də bəlli olacaq.





