EvSiyasətİlham Əliyev Donald Trampa başsağlığı verib

İlham Əliyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampa Vaşinqton yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində baş verən faciə və çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.”

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər