EvSiyasətİlham Əliyev Qırğızıstanda Səfərdədir

İlham Əliyev Qırğızıstanda Səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.

Reportun Bişkekə ezam olunan müxbirinin verdiyi məlumata görə, “Manas” 2 Beynəlxalq Aeroportunda Prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər