“Barselona”nın ulduz hücumçusu Robert Levandovskinin evi İspaniyanın cənubunda baş verən güclü daşqınlar nəticəsində zərər görüb.
Daylinews-az.com xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Anna Levandovski məlumat yayıb. İspaniyanın bu daşqını, ölkə tarixində üçüncü ən ağır hadisə kimi qeydə alınıb. Daşqın nəticəsində yalnız evlər deyil, bəzi futbol klublarının stadionları da ciddi zərər görüb.
Anna Levandovski sosial şəbəkələrdəki paylaşımında evlərinin qarajının su altında qaldığını bildirib. Buna baxmayaraq, suyun səviyyəsinin hələ də nisbətən aşağı olduğunu və ailə üçün təhlükə yaratmadığını vurğulayıb.
Qeyd edək ki, daşqın səbəbindən İspaniyanın bəzi bölgələrində yolları su basıb, evlərə və avtomobillərə böyük ziyan dəyib. Təəssüf ki, daşqın nəticəsində 100-dən çox insan həyatını itirib. Daşqın vəziyyəti ilə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları da təxirə salınıb.