İstanbulun məşhur Dolmabahçə Sarayında bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid əl-Dbeybə arasında yüksək səviyyəli üçtərəfli sammit keçirilir.
daylinews-az.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumatlara əsasən, görüşün əsas məqsədi Liviyada sabitliyin bərpası, regional təhlükəsizlik və miqrasiya axınlarının qarşısının alınması ilə bağlı ortaq siyasi koordinasiyanın gücləndirilməsidir.
Sammitdə müzakirə edilən əsas mövzular:
- Aralıq dənizi regionunda iqtisadi əməkdaşlıq
- Enerji və neft sahəsində strateji tərəfdaşlıq
- Qeyri-qanuni miqrasiya və onun regional təhlükəsizliyə təsiri
Liviyanın Milli Razılıq Hökumətinin (GNA) verdiyi açıqlamada sammitin Türkiyə, Liviya və İtaliya arasında davam edən koordinasiyanın tərkib hissəsi olduğu və bu görüşün beynəlxalq əməkdaşlıq və sabitliyi təşviq etməyə yönəldiyi bildirilib.





