15 iyun tarixində ABŞ-da yeni formatda keçiriləcək ilk Klublararası Dünya Çempionatı start götürür. Açılış matçında Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba kimi ulduzların çıxış etdiyi “İnter Mayami” Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq.
Turnirin formatı və tarixləri
- Başlanğıc: 15 iyun 2025
- Final: 13 iyul 2025
- Komanda sayı: 32
- Qrup mərhələsi: 8 qrup, hər qrupda 4 komanda
- Play-off: Hər qrupdan 2 komanda çıxır
Nəticələrin bərabər olduğu halda komanda sıralaması aşağıdakı qaydada müəyyən edilir:
- Üz-üzə oyunlar
- Top fərqi
- Vurulan qollar
- Fair-play reytinqi (sarı – 1, ikinci sarı – 3, birbaşa qırmızı – 4, sarı + qırmızı – 5)
Qrup mərhələsinin tarixləri:
- Qrup mərhələsi: 15–27 iyun
- 1/8 final: 28 iyun – 2 iyul
- 1/4 final: 4–5 iyul
- Yarımfinal: 8–9 iyul
- Final: 13 iyul
İştirakçılar — bölgələr üzrə
UEFA – 12 klub:
- Çelsi, Real Madrid, Mançester Siti – ÇL qalibləri
- Bayern, PSG, İnter, Porto, Benfika, Dortmund, Yuventus, Atletiko, Zalsburq – reytinqlə
Cənubi Amerika (CONMEBOL) – 6 klub:
- Palmeiras, Flamengo, Fluminense, Botafogo – Libertadores qalibləri
- River Plate, Boca Juniors – reytinqlə
Şimali və Mərkəzi Amerika (CONCACAF) – 5 klub:
- Monterrey, Sietl, Paçuka – ÇL qalibləri
- Los Anceles – pley-off qalibi
- İnter Mayami – ev sahibi kimi
Afrika (CAF) – 4 klub:
- Əl-Əhli, Vidad – ÇL qalibləri
- Esperans, Mamelodi – reytinqlə
Asiya (AFC) – 4 klub:
- Əl-Hilal, Urawa Red Diamonds, Əl-Ayn – ÇL qalibləri
- Ulsan Hyundai – reytinqlə
Okeaniya (OFC) – 1 klub:
- Oklend (Yeni Zelandiya) – OFC ÇL qalibi
UEFA üçün maksimum 2 klub limiti olduğuna görə “Liverpul” və “Arsenal” yalnız ÇL qalibi olsaydılar iştirak edə bilərdilər. “Barselona” isə “Atletiko” ilə reytinq rəqabətində uduzdu.
Turnir ABŞ-ın 11 şəhərindəki 12 stadionda keçiriləcək. “Hard Rock Stadium” (Mayami) açılış matçına, “MetLife Stadium” (Nyu-York) isə finala ev sahibliyi edəcək. Ən böyük stadion – 88,500 nəfərlik “Rose Bowl” (Pasadena), ən kiçiyi – 20,000 nəfərlik “Audi Field” (Vaşinqton).
Turnirin ümumi mükafat fondu 1 milyard dollar təşkil edir. Qalib komanda 125 milyon dollara qədər qazanacaq.
- Qrup mərhələsində qələbə: 2 milyon $
- Heç-heçə: 1 milyon $
- 1/8 finala çıxış: 7.5 milyon $
- 1/4 final: 13.125 milyon $
- Yarımfinal: 21 milyon $
- Final: 30 milyon $
- Qalib: əlavə 40 milyon $
Avropa klubları: 12.81 – 38.19 milyon $ arası
Cənubi Amerika: 15.21 milyon $
Şimali/Mərkəzi Amerika və Afrika: 9.55 milyon $
Okeaniya: 3.58 milyon $





