Bəzən hətta yaxşı yuxudan sonra da oyana bilmirik və yorğunluq gün boyu davam edir. Çoxları xilas yolunu böyük fincan qəhvədə görür. Amma qəhvə həmişə gözlənilən effekti vermir: qısa müddətlik enerji artımından sonra kəskin eniş olur. Daha sabit enerji üçün səhərinizi bu məhsullarla başlaya bilərsiniz:
Enerji verən məhsullar
- Klassik yulaf sıyığı – Aşağı qlixemik indeksi sayəsində enerjini yavaş-yavaş verir, uzun müddət tox saxlayır. Meyvə və ya qoz yağı ilə daha faydalıdır.
- Su – Səhər bədən susuz qalır. Bir stəkan su orqanizmi oyadır və beynin aydın işləməsinə kömək edir.
- Alma sirkəsi – İlıq su və bal ilə qarışdırıldıqda həzmə kömək edir və bədəni canlandırır. Yalnız miqdarına diqqət etmək lazımdır.
- Çia toxumları – Omeqa-3 və liflə zəngindir, bədəni nəmləndirir və metabolizmi sürətləndirir. Smooti və ya yoqurta əlavə edə bilərsiniz.
- Yaşıl yarpaqlı tərəvəzlər – B qrup vitaminləri sayəsində qidanı enerjiyə çevirir. Səhər smutisi və ya omletdə əla seçimdir.
- Nanə – Qoxusu konsentrasiyanı artırır və yorğunluğu azaldır. Nanə çayı və ya saqqız kömək edə bilər.
- Yumurta – Uzunmüddətli toxluq və sabit enerji axını üçün ideal zülal və yağ mənbəyidir.
- Qırmızı portağal və ya qreyfrut – C vitamini və təbii şəkərlər orqanizmi tez oyadır, immuniteti gücləndirir.
- Badem – Zülal və maqneziumla zəngin, mübadilə proseslərini normallaşdırır. Yolda ideal qəlyanaltıdır.
- Qara şokolad (70% və yuxarı) – Əhvalı qaldırır, qan dövranını yaxşılaşdırır, beyni stimullaşdırır. Yalnız miqdarına diqqət etmək vacibdir.
- Maça – L-teanin sayəsində konsentrasiyanı artırır və qəhvədən fərqli olaraq əsəb gərginliyi yaratmır.
Səhər su içib, yulaf və ya yumurtadan ibarət sadə, amma qidalı səhər yeməyi hazırlasanız, qəhvəyə ehtiyac duymadan günə enerjili başlaya bilərsiniz.





