EvİdmanLənkəranda UEFA-nın “HatTrick” proqramı çərçivəsində futzal turniri keçirildi

Lənkəranda UEFA-nın “HatTrick” proqramı çərçivəsində futzal turniri keçirildi

UEFA-nın “HatTrick” proqramı əsasında Azərbaycanda həyata keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsi çərçivəsində cənub regionu üzrə futzal turniri təşkil olunub.

Yarış Lənkəran-Astara Regional Təhsil İdarəsinə tabe olan məktəblərin şagirdləri arasında keçirilib. Turnirdə ümumilikdə 10 ümumtəhsil müəssisəsinin komandaları iştirak edib.

Lənkəran şəhərinin Sütəmurdov kənd tam orta məktəbinin idman zalında baş tutan yarışlara 100-dən artıq şagird – həm qızlar, həm də oğlanlar qatılıb. Görüşlər gərgin və maraqlı mübarizə şəraitində keçib.

Qalib ev sahibi komanda oldu

Final qarşılaşmasında Sütəmurdov kənd tam orta məktəbinin komandası 4 saylı tam orta məktəbin kollektivini məğlub edərək turnirin qalibi adını qazanıb. 4 saylı məktəbin komandası ikinci pillədə qərarlaşıb, Hirkan kənd tam orta məktəbinin şagirdləri isə üçüncü yeri tutublar.

Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. AFFA tərəfindən qalib komandaya kubok təqdim edilib, ilk üçlükdə yer alan kollektivlər isə müxtəlif hədiyyələrlə təltif olunublar.

Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular fərdi nominasiyalar üzrə mükafatlandırılıb. Təltifetmə mərasimində mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsinin əsas məqsədi məktəblilər arasında futbola marağın artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin yüksəldilməsidir. Eyni zamanda layihə vasitəsilə şagirdlərə komanda ruhu, dostluq və “fair-play” prinsipləri aşılanır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər