Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Çinə etdiyi səfərlə bağlı sosial şəbəkə hesabında maraqlı görüntülər paylaşıb.
O, Instagram səhifəsində yerləşdirdiyi fotolar vasitəsilə səfərinin müxtəlif anlarını izləyiciləri ilə bölüşüb. Şəkillərdən məlum olur ki, səfər həm rəsmi, həm də mədəni tədbirlərlə zəngin olub.








