EvŞou-biznesLinkin Park "Alianz Arena"da finaldan əvvəl səhnəyə çıxacaq

Linkin Park “Alianz Arena”da finaldan əvvəl səhnəyə çıxacaq

UEFA Çempionlar Liqasının builki final oyunu öncəsi musiqisevərləri sürpriz gözləyir – məşhur amerikalı rok qrupu Linkin Park Münhendə, “Alianz Arena” stadionunda keçiriləcək qarşılaşmadan əvvəl canlı çıxış edəcək. Bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.

Qeyd edək ki, qrup bu dəfə yeni vokalçısı Emili Armstronq ilə səhnəyə çıxacaq. Konsert zamanı Linkin Park klassik gitara riflərini və Çempionlar Liqasına məxsus video-audio elementləri bir araya gətirdiyi xüsusi remiks kompozisiyasını təqdim edəcək. Mahnının təqdimatı final qarşılaşmasından dərhal əvvəl birbaşa efirdə yayımlanacaq.

2025 UEFA Çempionlar Liqasının finalı 31 may tarixində baş tutacaq. Mərasim “Alianz Arena” stadionunda təşkil olunacaq. Hazırkı titul sahibi Madrid “Real”ıdır. Artıq PSJ və Barselona klubları yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər