EvŞou-biznesMəşhur müğənni oğlunun təhsilinə xərclədiyi pula heyfsilənir: "Çayxana açsaydım, daha yaxşı olardı"

Məşhur müğənni oğlunun təhsilinə xərclədiyi pula heyfsilənir: “Çayxana açsaydım, daha yaxşı olardı”

Məşhur azərbaycanlı müğənni Nadir Qafarzadə, Space TV efirində etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. O, oğlunun təhsilinə yatırdığı vəsaitə görə peşman olduğunu bildirib. Müğənninin sözlərinə görə, övladı İsveçrənin Cenevrə şəhərində Biznes və Menecment fakültəsini bitirsə də, hazırda işsizdir.

Daylinews-Az xəbər verir ki, müğənni bu vəziyyətdən narazıdır və belə düşünür ki, oğlunun təhsilinə xərclədiyi pulla çayxana açsaydı, daha məqsədəuyğun olardı.

“Oğluma uyğun iş yoxdur. Onun təhsilinə sərf etdiyim pula gözəl bir çayxana açsaydım, orada işləyərdi. Ümumiyyətlə, bu təhsil kimə lazımdır, nə üçün oxumaq lazımdır?” – deyə Nadir Qafarzadə sual edir.

O, əlavə edib ki, bu günün gəncləri təhsilin cəmiyyətdə lazımsız hala gəlməsini görərək, 4-5 il universitetdə oxumaq əvəzinə, TikTok-da canlı yayım açaraq pul qazanmağa üstünlük verirlər.

“Düşünürlər ki, belə oturub pul qazanmaq oxumaqdan daha yaxşıdır” – deyə müğənni qeyd edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər