EvHadisəNovxanıda dənizdə boğulan yeniyetmələrin cəsədləri tapılıb

Novxanıda dənizdə boğulan yeniyetmələrin cəsədləri tapılıb

Abşeron rayonunun Novxanı kəndi ərazisində dənizdə boğulan iki yeniyetmənin cəsədi tapılaraq ailələrinə təhvil verilib.

Report xəbər verir ki, hadisə yeniyetmələrin birinin qardaşını hərbi xidmətə yola salmaq münasibətilə təşkil etdikləri kiçik məclisdən sonra baş verib. Məlumata görə, saat 04:00 radələrində 16 yaşlı iki gənc dənizə daxil olub və bir daha geri qayıtmayıb.

Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti sahilə yaxın ərazidə, “Gilavar” restoranının yaxınlığında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər