Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi dövlət səfəri başa çatdı.
Daylinews-az.com-un məlumatına görə, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul düzülüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi şəxslər tərəfindən yüksək ehtiramla yola salınıblar.





