EvSiyasətRəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından narahatdır – XİN-dən bəyanat

Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından narahatdır – XİN-dən bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin İran ərazisinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.

Daylinews-az.com xəbər verir ki, Azərbaycan XİN-in yayımladığı rəsmi bəyanatda bildirilib: “İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.”

Nazirlik vəziyyətin daha da gərginləşməsini qəti şəkildə pisləyib və tərəfləri mövcud münaqişəni yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dialoq və diplomatik yollarla həll etməyə çağırıb.

Bəyanatda həmçinin qeyd olunur: “Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir.”

Xatırlatma: İyunun 13-də gecə saatlarında İsrail tərəfindən İranın paytaxtı Tehran və bir neçə nüvə obyektinə hava zərbələri endirilib. Hadisə nəticəsində bir neçə yüksəkrütbəli hərbçi və nüvə sahəsində çalışan mütəxəssislər həyatını itirib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər