Evİdman"Qızıl Top 2025"in namizədləri açıqlandı: siyahıya Rafinia başçılıq edir

“Qızıl Top 2025″in namizədləri açıqlandı: siyahıya Rafinia başçılıq edir

2025-ci il üçün futbolun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl Top”un əsas namizədlərinin siyahısı dərc edilib. Goal nəşrinin paylaşdığı reytinqə əsasən, bu mövsümün parlaq çıxışı ilə diqqət çəkən “Barselona”nın braziliyalı ulduzu Rafinia ilk pilləyə yüksəlib.

Siyahının ilk üçlüyündə “PSJ”nin qanad oyunçusu Usman Dembelenin və Kataloniya təmsilçisinin gənc istedadı Lamin Yamalın adları yer alıb. Digər güclü namizədlər sırasında “İnter”dən Lautaro Martines, “Liverpul”dan Məhəmməd Salah və Vircil van Deyk, “Real Madrid”dən Kilian Mbappe, Cud Bellinqem və Vinisius Junior, “Barselona”dan Robert Levandovski və Pedri, həmçinin “Arsenal”, “Bavariya”, “Sportinq” və “Nyukasl” klublarının aparıcı futbolçuları da yer alır.

2024-cü ilin “Qızıl Top” qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olmuşdu. Yeni mükafat sahibinin adı bu ilin payızında elan ediləcək.

2025 “Qızıl Top” üçün TOP-20 əsas namizəd:

  1. Rafinia (Barselona, İspaniya)
  2. Usman Dembele (PSJ, Fransa)
  3. Lamin Yamal (Barselona, İspaniya)
  4. Lautaro Martines (İnter, İtaliya)
  5. Məhəmməd Salah (Liverpul, İngiltərə)
  6. Robert Levandovski (Barselona, İspaniya)
  7. Pedri (Barselona, İspaniya)
  8. Deklan Rays (Arsenal, İngiltərə)
  9. Harri Keyn (Bavariya, Almaniya)
  10. Kilian Mbappe (Real Madrid, İspaniya)
  11. Nunu Mendeş (PSJ, Fransa)
  12. Cud Bellinqem (Real Madrid, İspaniya)
  13. Vinisius Junior (Real Madrid, İspaniya)
  14. Vitinya (PSJ, Fransa)
  15. Dezir Due (PSJ, Fransa)
  16. Maykl Olise (Bavariya, Almaniya)
  17. Aleksandr İsak (Nyukasl, İngiltərə)
  18. Bukayo Saka (Arsenal, İngiltərə)
  19. Viktor Dökereş (Sportinq, Portuqaliya)
  20. Vircil van Deyk (Liverpul, İngiltərə)

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər