11 mart, mübarək Ramazan ayının on birinci günündə imsak (sübh yeməyi) 05:33-də başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, iftar vaxtı 18:57-dir.
Namaz vaxtları:
- Sübh azanı – 05:38
- Zöhr azanı – 12:51
- Əsr azanı – 16:58
- Məğrib azanı (iftar) – 18:57
- İşa azanı – 19:58
İmsakdan sonra oxunan dua:
“Allahım! Bu ayda qəlbimə yaxşı əməllərə sevgi, günahlara və haramlara isə nifrət bəxş et. Məni qəzəbdən uzaq et və ehtiyacı olanların dualarını qəbul edən Allahım, mənə kömək et!”
İftar vaxtı oxunan dua:
“Allahım! Sənin rizan üçün oruc tutdum, sənə iman gətirdim və yalnız sənə güvəndim. Mənə ruzi verdiyin nemətlə iftar açıram. Ey bağışlayan Rəbbim, məni əfv et!”
Allah orucunuzu qəbul etsin!





