UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah” Bolqarıstanın ən köklü klublarından biri olan “Levski” (Sofiya) ilə qarşılaşacaq.
daylinews-az.com Report-a istinadən xəbər verir ki, 1914-cü ildə təsis olunan “Levski” 100 ildən artıq tarixi ilə Bolqarıstan futbolunun simvolik klublarından biri sayılır.
Klub haqqında əsas faktlar:
- Yaranma ili: 1914
- Rəsmi qeydiyyat: 1917-ci il
- Ev stadionu: Georgi Asparuhov stadionu
- Tutum: 17 688 tamaşaçı
- Sahibi: Səhmlərin 86,6%-i Bolqarıstan millisinin sabiq futbolçusu Nasko Sirakova məxsusdur
- Baş məşqçi: İspaniyalı Xulio Velaskes
Əldə etdiyi əsas uğurlar:
- 26 dəfə Bolqarıstan çempionu
- 26 dəfə ölkə kubokunun qalibi
Avrokubok təcrübəsi:
- UEFA Kuboku (Avropa Liqası):
- 1975/76 və 2005/06 mövsümlərində 1/4 finala yüksəlib
- UEFA Kuboklar Kuboku:
- 1969/70, 1976/77 və 1986/87 mövsümlərində 1/4 finalda iştirak edib
Legioner heyəti:
“Levski”nin heyətində əsasən yerli futbolçular çıxış edir. Legionerlər arasında Portuqaliya, Braziliya, Belçika, Fransa, Slovakiya və Sloveniyadan oyunçular var.
Azərbaycan klubları ilə qarşılaşma tarixi:
“Levski” Azərbaycan təmsilçisi ilə daha əvvəl 2009/10 mövsümündə qarşılaşıb. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində:
- Bakı: “Bakı” FK – “Levski” – 0:0
- Sofiya: “Levski” – “Bakı” – 2:0
Son çıxışları:
Bu mövsüm Bolqarıstan təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində:
- “Hapoel” (Beer-Şeva, İsrail) komandasını penaltilərlə keçib (0:0, 1:1)
- II mərhələdə isə “Braqa”ya (Portuqaliya) əlavə vaxtda uduzub – 0:0, 0:1
Qarşıdakı oyunlar:
- İlk matç: 7 avqust, Sofiya
- Cavab oyunu: 14 avqust, Bakı





