EvİdmanSerbiya millisinin ən yaxşı bombardiri ürək problemi səbəbindən xəstəxanaya yerləşdirildi

Serbiya millisinin ən yaxşı bombardiri ürək problemi səbəbindən xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç bazar günü ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilib. Daylinews-Az xəbər verir ki, bu barədə “Al-Riyadiyah” nəşri məlumat yayıb.

30 yaşlı futbolçu ötən həftə bud əzələsindəki zədədən sağaldıqdan sonra “Əl-Hilal”ın heyətinə qayıdıb. Cümə günü “Əl-Feyha”ya qarşı keçirilən və 2:0 hesabı ilə bitən oyunda qol vurub. Bazar günü səhər saatlarında həddindən artıq fiziki yüklənmə nəticəsində ürək döyüntülərində sürətlənmə yaranıb və bu səbəbdən təcili xəstəxanaya aparılıb. Həkimlər ona tam istirahət etməyi tövsiyə ediblər.

Mitroviç 59 qolla Serbiya millisinin tarixində ən çox qol vuran futbolçu hesab olunur. O, cari mövsümdə “Əl-Hilal” forması ilə keçirdiyi 25 oyunda 21 qol vurub və 3 assist edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər