EvŞou-biznesSovet aktyoru Aleksandr Milokostıy ölü tapıldı

Sovet aktyoru Aleksandr Milokostıy ölü tapıldı

Sovet aktyoru Aleksandr Milokostıy Moskva şəhərindəki mənzilində ölü tapılıb.

Məlumata görə, aktyorun yoxa çıxması ilə bağlı polisə müraciət edilib. Hüquq-mühafizə orqanları Sеваstopol prospektində yerləşən mənzilində onun cəsədini aşkarlayıb. İlkin araşdırmalara əsasən, Milokostıy təxminən 10 gün əvvəl vəfat edib. Ekspertizanın nəticələrinə görə, onun bədənində zorakılıq izləri tapılmayıb.

Aleksandr Milokostıy 8 sentyabr 1956-cı ildə Moskvada anadan olub. O, “Onun Zati-aliləri Adyutantı” filmində polkovnik Lvovun oğlunu canlandıraraq məşhurlaşıb. Aktyor xüsusilə “Pavel Andreyiç, siz casussunuz?” replikası ilə yadda qalıb. Qeyd edək ki, o, bu filmdə orta məktəbdə oxuyarkən çəkilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər