Evİdman"Fənərbağça"nın ulduz qapıçısı Dominik Livakoviç həbs oluna bilər

“Fənərbağça”nın ulduz qapıçısı Dominik Livakoviç həbs oluna bilər

Xorvatiyanın tanınmış qapıçısı, hazırda Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Dominik Livakoviç həbs təhlükəsi ilə üzləşib. Daylinews-Az portalının Zadarnews-a istinadən verdiyi məlumata görə, Xorvatiyanın Zadar şəhər prokurorluğu futbolçu barəsində araşdırmalara başlayıb. İddialara əsasən, Livakoviç UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Muraç kəndində qanunsuz tikinti işləri aparıb.

Müvafiq qurumlar əraziyə baxış keçirərkən tarixi şəhər divarının qazıntılar zamanı zədələndiyi və bu səbəbdən tikilinin möhürləndiyi aşkarlanıb. Şəhər divarı rəsmi olaraq mədəni irs kimi qorunduğuna görə, bu hadisə hüquqi araşdırmaya səbəb olub.

Qeyd edək ki, futbolçunun hansı cəza ilə üzləşəcəyi aparılan istintaqın nəticəsindən sonra bəlli olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər