EvDünyaSpaceX Crew-10 missiyasının startı son anda təxirə salındı

SpaceX Crew-10 missiyasının startı son anda təxirə salındı

SpaceX kosmik agentliyi Crew-10 missiyasının startına bir saatdan az vaxt qalmış uçuşu təxirə salıb. Bu barədə korporasiya öz rəsmi sosial media səhifəsində məlumat yayıb.

Falcon 9 raketinin Crew Dragon kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi ABŞ-ın Şərq vaxtı ilə saat 19:48-də (Bakı vaxtı ilə 03:48) baş tutmalı idi. Lakin raketin yerüstü dəstək sistemindəki hidravlik nasazlıq səbəbindən uçuş ləğv edilib.

NASA-nın verdiyi məlumata görə, 13 mart cümə axşamı günü gözlənilən güclü külək və yağıntılar da missiyanın təxirə salınmasına təsir göstərib. Yeni uçuş tarixi 14 mart saat 19:03 (Bakı vaxtı ilə 15 mart 03:03) kimi müəyyən edilib.

Crew-10 missiyasının məqsədi və heyət üzvləri

Missiya çərçivəsində Crew Dragon kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) dörd astronavt aparacaq:

  • Enn Makkleyn
  • Nikole Ayers
  • Takuya Onişi
  • Kirill Peskov

Ekipaj üzvləri elmi tədqiqatlar, yeni texnologiyaların sınağı və texniki xidmət işləri üçün stansiyaya göndərilir. NASA qeyd edir ki, Crew-10 Peskov üçün ilk kosmik uçuş olacaq. O, Nordwind və Ikar aviaşirkətlərində Boeing 757 və 767 təyyarələrinin ikinci pilotu kimi fəaliyyət göstərib. Bundan əlavə, o, paraqoşütlə tullanma, sıfır cazibə şəraitində təlimlər, sualtı dalğıc və ekstremal şəraitdə sağ qalma bacarıqlarına malikdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər