İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti Myanmada kiberdələduzluq şəbəkələri tərəfindən qeyri-qanuni istifadə olunan 2500-dən çox Starlink peyk terminalını deaktiv edib. CNN telekanalının məlumatına görə, bu addım kiberhücum və dələduzluq sxemlərinin qarşısının alınması məqsədilə atılıb.
SpaceX-in Starlink biznes əməliyyatları üzrə vitse-prezidenti Loren Dreyer bildirib ki, şirkət fəaliyyət göstərdiyi bütün ölkələrdə pozuntuları aşkar etməkdə aktivdir və beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Myanmada isə şübhəli fəaliyyət göstərən mərkəzlərin yaxınlığında yerləşən terminaların bağlanması üçün xüsusi tədbirlər görülüb.
Bu addımın əsas məqsədi peyk internetinin geniş miqyaslı qanunsuz fəaliyyətdə, xüsusilə Myanma ilə Tailanda sərhəd bölgəsindəki dələduzluq qruplarının fəaliyyətində istifadəsinin qarşısını almaqdır.
2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra Myanma vətəndaş müharibəsinə qərq olub və ölkədə hakimiyyətin olmaması kiber cinayətkarlıq üçün münbit şərait yaradıb. Dövlət və qanun nəzarətinin zəif olması nəticəsində dələduzluq şəbəkələri sərhəd bölgəsində öz bazalarını qurublar.
Tailanda, ABŞ və Çin tərəfindən yaxınlarda keçirilən ortaq əməliyyatlarda bu mərkəzlərdən minlərlə insan azad edilib. Lakin ekspertlər bildirirlər ki, problemin miqyası hələ də olduqca böyükdür.





