Asiya, Afrika və Latın Amerikasından olan ölkələrə ciddi məhdudiyyət – 9 iyundan qüvvəyə minir
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edən yeni fərman imzalayıb. Ağ Evin yaydığı məlumata görə, fərman 12 ölkənin vətəndaşlarına tam qadağa, daha 7 ölkəyə isə məhdud giriş nəzərdə tutur. 9 iyun tarixindən etibarən aşağıdakı ölkələrin vətəndaşlarına ABŞ-a giriş tamamilə qadağan olunur:
- Əfqanıstan
- Myanma
- Çad
- Konqo Respublikası
- Ekvatorial Qvineya
- Eritreya
- Haiti
- İran
- Liviya
- Somali
- Sudan
- Yəmən
Məhdud giriş tətbiq edilən ölkələr
Bu ölkələrin vətəndaşları üçün isə məhdudiyyətlər qüvvədə olacaq:
- Burundi
- Kuba
- Laos
- Syerra-Leone
- Toqo
- Venesuela
- Türkmənistan
Fərmanın imzalanması münasibətilə yayımlanan video-müraciətdə Tramp bildirib ki, vətəndaşlıq məlumatlarının düzgün yoxlanıla bilmədiyi ölkələrdən gələnlər, eləcə də viza müddəti bitmiş halda ölkədə yaşayanlar, ABŞ üçün təhlükə yaradır: “Biz Amerika xalqını qorumaq üçün qəti addımlar atmaq məcburiyyətindəyik. Təhlükə mənbəyi ola biləcək miqrasiyaya nəzarəti gücləndiririk”, – deyə o qeyd edib.





