ABŞ-ın seçilmiş prezidenti Donald Trampın öz kriptovalyutasının bir günlük ticarət həcmi 11 milyard dolları ötüb.
CoinMarketCap platformasının məlumatına görə:
- Memcoin $TRUMP-un ticarət həcmi hazırda 11.06 milyard dollar təşkil edir.
- Valyutanın ümumi kapitalizasiyası 6 milyard dolları aşır.
- Hər bir $TRUMP memcoini təxminən 30 dollara satılır.
Yeni Kriptovalyutanın Başlanğıcı
Donald Tramp öz şəxsi kriptovalyutasının buraxıldığını cümə günü Truth Social sosial şəbəkəsində elan edib. Bu elanla memcoin qısa müddətdə investorlar arasında böyük maraq doğurub.
Bu yaxınlarda Donald Trampın Hollivuda xüsusi səfirlər təyin etdiyini də yazmışdıq.





