İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” təşəbbüsü (TRIPP) gələcəkdə Süveyş kanalının yeri tutaraq beynəlxalq ticarətdə mühüm rol oynaya bilər. Əmirov bildirib ki, ABŞ-ın hazırkı administrasiyası Avrasiya regionunda əvvəlkilərdən fərqli olaraq daha fəal siyasət aparır və bu, xüsusilə Çinin təsir dairəsində olan Mərkəzi Asiyada öz əksini tapır.
Ekspert qeyd edib ki, 1980-ci illərdə SSRİ və ABŞ arasında gedən qarşıdurmanın əvəzində bu gün Çin və ABŞ arasında rəqabət davam edir. Hal-hazırda Çin ölkədə çoxsaylı şirkətlərlə idarə etdiyi böyük maliyyə axınları vasitəsilə Mərkəzi Asiyada nüfuzunu artırır, ABŞ isə əhəmiyyətli investisiyalarla regiona daxil olmağa çalışır.
Onun sözlərinə görə, neft-qaz ehtiyatları bu mübarizədə strateji əhəmiyyət kəsb edir. Qazaxıstan kimi ölkələrdə uran ixracı məsələləri xüsusilə diqqət mərkəzindədir. ABŞ Çinlə rəqabətdə bu resurslar üzərində nəzarət əldə etməyə çalışır və Çin isə yumşaq güc strategiyası ilə öz mövqeyini gücləndirir.
Cənubi Qafqazda isə vəziyyət fərqlidir: Ankara böyük təsirə malikdir və ABŞ-la Çin bu regiona birbaşa müdaxilə edə bilmir. Moskva regionda tədricən mövqeyini itirir. ABŞ isə Ermənistanda mövcudluğunu genişləndirməyə çalışır.
TRIPP layihəsi Cənubi Qafqaz, Mərkəzi Asiya, Qərb və ABŞ üçün faydalı olmaqla yanaşı, Rusiya, Türkiyə və İran üçün də iqtisadi dividentlər gətirəcək. Layihə Avrasiyadakı əsas kommunikasiya yollarını birləşdirərək məhsulların və resursların sərbəst hərəkətini təmin edəcək.
İ.Əmirov Azərbaycanın artan siyasi gücünün və tərəfdaş kimi nüfuzunun onu qlobal strateji oyunçuya çevirdiyini vurğulayaraq, bu rolun Atlantik okeanından Hind okeanına qədər olan ərazilər üçün önəmli olduğunu bildirib. Azərbaycan həm Asiya, həm də Qərb ölkələri üçün etibarlı tərəfdaş kimidir və yaxın gələcəkdə ölkənin gözləntilərinin doğrulacağına əminlik ifadə edib.





