EvHadisəTürkiyədə baş verən bıçaqlanma hadisəsində azərbaycanlı həkim həyat qurtardı

Türkiyədə baş verən bıçaqlanma hadisəsində azərbaycanlı həkim həyat qurtardı

Türkiyənin Elazığ şəhərində, Qazi prospektində dünən baş verən insident ağır nəticələrə səbəb ola bilərdi.

İki nəfər arasında yaranan mübahisə qısa müddətdə böyüyərək bıçaqlı davaya çevrilib və tərəflərdən biri digərinə ağır xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb.

Azərbaycanlı həkimin peşəkarlığı sayəsində yaralı həyatda qaldı

Hadisənin ən kritik anında təsadüfən oradan keçən bir həkim yaralının vəziyyətini görərək dərhal müdaxiləyə başlayıb. Tibbi avadanlıq olmadan qanaxmanı dayandıran və yaralını huşunu itirmədən sabit saxlamağı bacaran həkim təcili tibbi yardım gələnə qədər onun vəziyyətinə nəzarət edib.

Bu operativ müdaxilə yaralının həyatda qalmasında həlledici rol oynayıb. Məlumatına görə, yaralıya küçədə ilk tibbi yardım göstərən şəxs azərbaycanlı həkim Sabrina İsrafilzadə olub. O, Bursa Uludağ Universitetində tibb təhsili alıb və hazırda Türkiyədə fəaliyyət göstərir.

Hadisə şahidləri onun peşəkarlığını və soyuqqanlı davranışını yüksək qiymətləndiriblər. Sabrina İsrafilzadənin göstərdiyi nümunəvi davranış Türkiyə ictimaiyyətində böyük rəğbətlə qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Türkiyədə baş verən bıçaqlanma hadisəsində azərbaycanlı həkim həyat qurtardı
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər