Sabah Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş deputatlarının iclası baş tutacaq. İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postlarına namizədləri müəyyən ediləcək.
Daylinews-Az-nın məlumatına görə, iclas sabah VII Çağırış Milli Məclisin ilk iclası ilə eyni gündə baş tutacaq. 23 sentyabrda keçiriləcək bu iclasda parlamentin sədri və müavinləri seçiləcək.
Xatırladaq ki, 21 sentyabrda Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri rəsmi olaraq təsdiqlənib.