EvDünyaYer kürəsini yeni maqnit qasırğası gözləyir – 5 iyun tarixində baş verəcək

Yer kürəsini yeni maqnit qasırğası gözləyir – 5 iyun tarixində baş verəcək

Elm adamlarının xəbərdarlığına əsasən, 5 iyun tarixində Yer kürəsini daha bir maqnit qasırğası bürüyəcək.

Daylinews-az.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Kosmik Tədqiqatlar və Günəş-Yer Fizikası institutlarının rəsmi saytında məlumat verilib.

Məlumata görə, bu dəfəki maqnit qasırğası G1 səviyyəsində olacaq. Bu, zəif təsirli qasırğa hesab olunur. Hadisənin pik nöqtəsi səhər saat 07:00-da (Bakı vaxtı ilə) gözlənilir.

Qeyd edək ki, G1 səviyyəli maqnit qasırğaları, adətən, insan sağlamlığına ciddi təsir göstərmir, lakin meteohəssas şəxslərdə yüngül baş ağrısı, yorğunluq və yuxusuzluq halları yarana bilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər