EvSiyasətZabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti azaldılacaq. Yeni layihə çərçivəsində ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya könüllü olaraq bağlaşma əsasında xidmətə başlayan zabitlərin xidmət müddəti 1 ilə endirilir. Bu müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında onlar kadr zabit heyətinə daxil ola bilərlər.

Eyni zamanda, könüllü olaraq bağlaşma əsasında xidmətə qoşulan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün müddət 3 ilə qədər müəyyən edilir və bu müddət başa çatdıqdan sonra yenidən bağlaşma imzalanır.

Hazırkı qanuna görə isə dinc dövrdəki həqiqi hərbi xidmət müddəti ehtiyat zabitlər üçün 1 il 6 ay təşkil edir. Təklif olunan dəyişikliklər isə bu müddətin 6 ay azaldılmasını nəzərdə tutur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər