Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən inşaat materialları bazarında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə dərhal yanğınsöndürən briqadalar cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, yanğın nəticəsində 150 kvadratmetr sahə və həmin ərazidə olan bir ədəd Mercedes markalı avtomobil tamamilə yanıb. Operativ tədbirlər sayəsində əlavə olaraq 250 kvadratmetr sahə və bazardakı inşaat materialları alovdan qorunub. Yanğın qısa müddətdə tam söndürülüb.





