Azərbaycan çempionatlarında ev oyunlarında böyükhesablı məğlubiyyətlərlə yadda qalan “Kəpəz” son turda “İmişli”yə qarşı oynadığı matçda yenə bu acı taleni yaşadı. Gəncə klubu Misli Premyer Liqasının IX turunda öz meydanında rəqibinə 0:3 hesabı ilə uduzaraq tarixində 20-ci dəfə evdə ən azı üç top fərqi ilə məğlub oldu.
Bu göstəriciyə əsasən, “Kəpəz” çempionat tarixində MOİK və “Sumqayıt”dan sonra evdə ən çox ağır məğlubiyyət alan üçüncü klub oldu. Komandanın ilk belə nəticəsi 2001-ci il martın 12-də “Şəmkir”lə matça təsadüf etmişdi – 0:3 hesabı ilə.





