Evİqtisadiyyat2025-ci ilin oktyabr ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı

2025-ci ilin oktyabr ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin oktyabr ayında Azərbaycanda bir sıra qida məhsullarının qiymətində artım, digərlərində isə azalma müşahidə edilib.

Qiyməti artan məhsullar arasında qarabaşaq yarması, mal və qoyun əti, mal ətindən hazırlanan konservlər, balıq və balıq məhsulları, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, süfrə çuğunduru, yerkökü, kartof, şokolad məmulatları, qara və yaşıl çay yer alır.

Əksinə, qiymətində ucuzlaşma qeydə alınan məhsullar isə limon, portağal, naringi, alma, heyva, nar, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğandır. Digər qida məhsullarının qiymətində ciddi dəyişikliklər müşahidə edilməyib.

Qeyri-qida məhsullarına gəldikdə isə geyim, şəxsi gigiyena və zərgərlik məhsullarının qiymətlərində bahalaşma, yuyucu və təmizləyici vasitələrdə isə ucuzlaşma olmuşdur. Digər qeyri-qida məhsullarında isə əhəmiyyətli dəyişikliklər qeydə alınmayıb.

2025-ci ilin oktyabr ayında əhaliyə göstərilən ödənişli xidmətlərdə isə əvvəlki aya nisbətən ümumi qiymət indeksi 100,4 faiz, yanvar-oktyabr dövründə isə 106,6 faiz təşkil edib. Oktyabrda mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhərətrafı avtobusla sərnişindaşımalar, eləcə də restoran və kafe xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımalar isə ucuzlaşıb. Digər xidmət sahələrində qiymət dəyişiklikləri minimal olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər