Evİdman2025 Uimbldonunun yekunları: qələbələr, göz yaşları və sensasiyalar

2025 Uimbldonunun yekunları: qələbələr, göz yaşları və sensasiyalar

13 iyul tarixində 138-ci Uimbldon turniri başa çatdı. Mövsümün üçüncü meycor turnirinin kişi və qadın tək kateqoriyalarındakı yekunlarını MelBet baxış formatında təqdim edirik.

Uimbldon 2025 gurultulu sensasiyalarla başladı

Roland Garros-un hazırkı çempionu Koko Qoff turnirin əsas favoritlərindən biri hesab olunurdu və top-3-lüyə daxil idi, lakin artıq birinci turdan raketkasını kənara qoydu. Amerikalı tennisçi gözlənilmədən ukraynalı Dayana Yastremskayaya iki setdə uduzdu (6:7, 1:6). Lakin gözlənilməz nəticələr bununla bitmədi.

Cessika Pequla yarışın startında az tanınan italiyalı Elizabetta Koççarettoya uduzdu (2:6, 3:6). Maraqlıdır ki, 3-cü amerikalının qələbəsinə MelBet platformasında minimum 1.11 əmsal verilmişdi. Bu məğlubiyyət açıq şəkildə göstərir ki, aşağı əmsallar heç də həmişə mərclərin udması ilə nəticələnmir. Həmçinin qadınların şəxsi turnirini dərhal tərk edənlər arasında 9 nömrəli Paula Badosa da var idi. 2011 və 2014-cü illərin Uimbldon çempionu Petra Kvitova isə bu dəfə çempionata wild card sayəsində qatıldı, lakin 1/64 final mərhələsinindən o yana keçə bilmədi. Aydındır ki, idmançı ana məzuniyyətindən sonra hələ optimal fiziki formasını bərpa etməyib.

Kişi təkbətək turnirində tennisçilər arasında daha çox erkən itkilər qeydə alındı. Stefanos Tsitsipas, Tallon Grikspor, Holger Rune, Aleksandr Zverev, Matteo Berrettini, Fransisko Cerundolo, Daniil Medvedev, Aleksey Popirin, Aleks Mikelsen, Aleksandr Bublik, Lorentso Musetti, Uqo Umber və Denis Şapovalov özlərindən zəif rəqiblərə məğlub oldular.

Qriqor Dimitrovun faciəsi

Dördüncü mərhələdə Qriqor Dimitrov dünya reytinqinin birincisi Yannik Sinner ilə qarşılaşdı və qələbəyə çox yaxın idi. Bolqar tennisçi ilk iki setdə italiyalını məğlub etdi (6:3, 7:5). Üçüncü setdə hesab 2:2 olarkən, veteran o qədər güclü bir zərbə endirdi ki, çiynindəki əzələləri dartdı və matçı davam etdirə bilmədi. Uimbldonun keçmiş yarımfinalçısı kortu göz yaşları içində tərk etdi.

Uimbldon yenə də Arina Sobolenkoya tabe olmadı

Qadınlar arasında turnirin əsas gözləntilərindən biri Arina Sobolenko – İqa Şventek finalı idi. Lakin belarusiyalı tennisçi inanılmaz şəkildə üç setdə amerikalı Amanda Anisimovaya məğlub oldu (4:6, 6:4, 4:6).

Cokoviç Sinnerdən zəif çıxdı

Tükənməz Novak Cokoviç istənilən tennisçiyə qalib gələ bilər – Sinner və Alkaras istisna olmaqla. 38 yaşlı serb inamla yarımfinala qədər irəlilədi, lakin gələcək çempionla oyunda quru hesabla məğlub oldu (3:6, 3:6, 4:6).

İqa Şventek Anisimovanı darmadağın etdi

Qadınların təkbətək finalında İqa Şventek ilk dəfə Britaniya meycor turnirində çempion olmaq üçün cəmi 57 dəqiqə kifayət etdi. “Torpağın kraliçası” rəqibinə bircə geym belə vermədi! Uimbldon finalında 6:0, 6:0 hesabı sonuncu dəfə 114 il əvvəl qeydə alınmışdı. Bundan əlavə, polşalı tennisçi 1988-ci ildə Roland Qarros finalında Şteffi Qrafın əldə etdiyi nəticəni təkrarladı.

Karlos Alkaras – Yannık Sinner: yeni tennis klassikası

Görünür, qarşıdakı illərdə Böyük Dəbilqə turnirlərinin titullarını Karlos Alkaras və Yannık Sinner bölüşəcək. Hazırda ispaniyalı və italyan tennisçilər digər rəqiblərdən açıq şəkildə öndədir və ATP reytinqinin zirvəsində olmaları tamamilə haqlıdır. Final matçından əvvəl melbet az saytında və tətbiqində Alkarasın qələbəsinə olan əmsallar yüksəlməyə başladı. O anda turnirin hazırkı qalibi favorit statusunu itirmişdi, amma buna baxmayaraq ilk setdə qələbə qazanmağı bacardı (6:4). Növbəti 3 set də eyni hesabla başa çatdı, lakin bu dəfə Sinnerin xeyrinə. Beləliklə, Yannık ilk dəfə Uimbldon çempionu oldu və 2025 Fransa Açıq turnirindəki acı məğlubiyyətin qisasını inamla aldı.

İqa Şventek və Yannık Sinner hər biri 2 000 reytinq xalı və 3 000 000 funt sterlinq qazandılar.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər