EvİdmanRobert Levandovski 700-cü qol həddini keçdi

Robert Levandovski 700-cü qol həddini keçdi

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın VII turunda “Real Sosyedad”a qarşı oynanan oyunda komandasının ikinci qolunu vuraraq, peşəkar karyerasında 700-cü qolunu qeyd edib. Polşalı forvardın futbol karyerasında mühüm nailiyyətdir.

Levandovski peşəkar futbola Polşanın “Lex” klubunda başlayıb, daha sonra Almaniyanın “Borussiya Dortmund”, “Bavariya” kimi böyük komandalarında çıxış edib. Klub karyerası ərzində o, 830 oyunda 614 qol vurub və 155 məhsuldar ötürmə ilə yadda qalıb.

Polşa millisində də yüksək nəticə göstərən Levandovski 160 matçda 86 qol vuraraq, 36 məhsuldar ötürmə edib. 2022-ci ildən “Barselona”nın formasını geyən 36 yaşlı hücumçu Kataloniya klubunda 154 oyunda 105 qol vurub və 20 asistlə komandasına dəstək olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər