İtaliyalı məşhur baş məşqçi Luçano Spaletti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Məşhur insayder Fabritsio Romano məlumat verib ki, “Əl-İttihad” klubu komandaya rəhbərlik etmək üçün 66 yaşlı mütəxəssisi namizəd olaraq nəzərdən keçirir.
Spalettinin yanında bu vəzifəyə digər namizədlər də var; onlardan biri “Barselona”nın keçmiş baş məşqçisi Xavi, digəri isə “Milan”da çalışmış Serjiu Konseysaudur. “Əl-İttihad” rəhbərliyi fransalı baş məşqçi Loran Blanı “Əl-Nəsr” klubuna qarşı 0:2 hesabı ilə məğlubiyyətdən sonra istefaya göndərib.
Yeni baş məşqçinin komandaya gətirilməsi Səudiyyə Ərəbistanında futbol səviyyəsinin yüksəldilməsi üçün atılan addımların davamı kimi qiymətləndirilir.





