EvMədəniyyətMədəniyyət dünyası itki verdi: Əməkdar artist Cabir İmanov vəfat etdi

Mədəniyyət dünyası itki verdi: Əməkdar artist Cabir İmanov vəfat etdi

Azərbaycanın Əməkdar artisti Cabir İmanov vəfat edib. Onun yaxınlarının verdiyi məlumata görə, İmanov idman zalında məşq edərkən infarkt keçirib və həyatını itirib.

Əməkdar artistin səhhətində problemlərin olduğu barədə saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə dərhal yardım qrupunun gəlişi ilə saat 13:50-də onun həkiməqədər həyatını itirdiyi təsdiqlənib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1983-1993-cü illərdə 189 saylı məktəbdə təhsil alıb. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub və 1997-ci ildə oranı bitirib.

İmanov 1992-2001-ci illərdə “Parni iz Baku” şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi, 2000-ci ildə isə “Əsrin Çempionu” seçilib. 2001-ci ildən etibarən “Planet Parni iz Baku” Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2015-ci ildə ona Azərbaycanın Əməkdar artisti fəxri adı verilib, 2021-ci ildə isə mədəniyyət sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli olan Əməkdar artistin dörd övladı var.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər