EvKriminalNarkoloji Mərkəzin keçmiş direktoru və müavininə 10 illik həbs cəzası tələb olunur

Narkoloji Mərkəzin keçmiş direktoru və müavininə 10 illik həbs cəzası tələb olunur

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və direktor müavini olmuş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsə 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib. Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.

Faktlar göstərir ki, 2023-cü ilin aprelindən etibarən Elşən Mustafayev və Zamin Əliyev birlikdə Narkoloji Mərkəzdə çalışan həkimlərin fəaliyyətinə mane olmamaq, xəstələrin stasionar müalicə müddətini uzatmaq, onları az xəstəliyi olan şöbələrə və tək nəfərlik palatalara yerləşdirmək, narkomaniya xəstələrini xüsusi terapiya proqramlarına cəlb etmək məqsədilə müxtəlif vətəndaşlardan rüşvət alıblar.

Toplanmış sübutlar əsasında onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2-ci maddə) və rüşvət alma (311.3.1 və 311.3.2-ci maddələr) maddələri üzrə ittiham elan olunub. Barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər