Oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xalq artisti Əminə Yusifqızının vəziyyəti ilə bağlı müraciət daxil olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən verilən açıqlamada bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub, lakin həkiməqədər ölüm faktı qeydə alınıb.
Əminə Yusifqızı “Şöhrət” ordeni ilə təltif olunmuş, ölkəmizin tanınmış aktrisa və qiraətçisidir. O, “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və digər onlarla məşhur film və televiziya tamaşalarında uğurla iştirak etmişdir.
Azərbaycan sənət camiəsinə ağır itki üz verib və onun xatirəsi minnətdarlıqla yad ediləcək.





