Azərbaycanda fəaliyyət göstərən Britaniyanın Anglo Asian Mining Plc. şirkəti 2025-ci il üçün qızıl çıxarma proqnozunu 25–28 min unsiya səviyyəsinə qaldırıb. Məlumatına görə, bu artım yeni Hilar və Demirli yataqlarının istifadəyə verilməsi ilə bağlıdır.
Şirkət həmçinin bu il mis hasilatını da artıraraq 8 100–9 000 ton arasında olacağını proqnozlaşdırır. 2024-cü ilin faktiki göstəriciləri ilə müqayisədə qızıl hasilatı 87%, mis hasilatı isə 24 dəfə çox olacaq.
2024-cü ildə Anglo Asian Mining Plc. şirkəti 15 073 unsiya qızıl və 377 ton mis çıxarmaqla kifayətlənmişdi. Yeni yataqların istifadəsi ilə hasilatın kəskin artacağı gözlənilir.





