EvİdmanWorld Championship 2025: League of Legends üzrə ilin əsas kiberidman turnirinin favoritləri...

World Championship 2025: League of Legends üzrə ilin əsas kiberidman turnirinin favoritləri və autsayderləri

Worlds 2025-in startına bir həftədən də az qalır – deməli, əsas favoritlərin güc nisbətini dəyərləndirməyin tam vaxtıdır. 1xBet rəyləri  kiberidman üzrə ekspertlərimizin hazırladığı bu icmaldan League of Legends dünya çempionatı haqqında ən vacib məlumatları öyrənəcəksiniz.

Worlds 2025 iştirakçıları

Bu il Worlds 2025-də 5 regional liqadan 17 komanda çıxış edəcək: hər regiondan ən güclü 3 komanda, həmçinin Koreya LCK və Çin LPL liqalarından əlavə olaraq bir komanda da iştirak edəcək.

Turnirin iştirakçı siyahısı belədir:

  • Koreya (LCK) – Gen.G Esports, Hanwha Life Esports, KT Rolster, T1;
  • Çin (LPL) – Bilibili Gaming, Anyone’s Legend, Top Esports, Invictus Gaming;
  • Avropa (LEC) – G2 Esports, KOI, Fnatic;
  • Amerika (LTA) – FlyQuest, Keyd Stars, 100 Thieves;
  • Pacific (LCP) – CTBC Flying Oyster, Secret Whales, PSG Talon.

Ən güclü 15 komanda turnirə 15 oktyabrda əsas Swiss Stage mərhələsindən başlayacaq, dördüncü cədvək ilə gələn iki komanda – T1 və Invictus Gaming isə bir gün əvvəl üz-üzə gələcək Play-In matçında qarşılaşacaq. Bu oyunun nəticəsinə əsasən yalnız biri əsas mərhələyə vəsiqə qazanacaq. Bütün ekspertlər razılaşır ki, bu komanda ardıcıl iki Worlds qazanan beşqat dünya çempionu T1 olacaq.

Worlds 2025-in qrand finalı 9 noyabrda əfsanəvi Dong’an Lake Sports Park arenasında keçiriləcək və mükafat fondu $5,000,000 təşkil edəcək.

Turnirin əsas favoritləri

Gəlin, Worlds 2025-də qələbə qazanmaq şansı ən yüksək olan üç komandaya nəzər salaq.

  • Gen.G Esports – komanda möhtəşəm mövsüm keçirir, iki böyük beynəlxalq turnirin (Mid-Season Invitational 2025 və Esports World Cup 2025) qalibi olub və LCK 2025 Season-un liderinə çevrilib. Son dörd Worlds turnirində komanda ilk 5-likdə qərarlaşıb, lakin bu il qələbə qazanmaq üçün ən real şansa sahibdir.
  • Hanwha Life Esports – T1 komandasından gələn top-line oyunçusu Zeus kollektivin oyununu xeyli gücləndirib. Hanwha Life cari mövsümə əla başlanğıc edib – LCK Cup 2025-i və LoL tarixində ilk dəfə keçirilən First Stand Tournament 2025-i qazanıb. Mövsümün sonu da uğurlu alındı – komanda dünyanın ən güclü liqasında ikinci yeri tutdu və hazırda əla formada çıxış edir.
  • Bilibili Gaming – ötənilki Worlds 2024-ün gümüş mükafatçısı və LPL 2025 Split 3-ün nəticələrinə görə Çinin ən güclü komandası öz tarixində ilk qələbəni qazanmağa tam layiqdir. Üstəlik, Pekin, Şanxay və Çendu şəhərlərində keçiriləcək bu «ev» Worlds 2025-də komandanın Çinli azərkeşlərindən alacağı böyük dəstək də mühüm amil olacaq.

Autsayderlər, amma sürpriz edə bilənlər

Bu il Worlds 2025-in əsas üç favoriti qələbə üçün ən yüksək şansa malikdir. Amma kiberidman dünyası hər zaman gözlənilməzdir – uğurlu təsadüflər nəticəsində kuboku başqa komandalar da qaldıra bilər. Bəs mükafat uğrunda mübarizədə daha kimlər söz sahibi ola bilər?

  • T1 – dünyanın ən titullu komandasını autsayderlər sırasında görmək qəribədir. Lakin bu mövsüm T1 üçün asan keçmir. Zeusun gedişi, Doranın transferi, gənc Smash-i oyuna daxil etmə cəhdləri və təcrübəli Gumayusinin qayıdışı komandaya heç olmasa bir turnir qələbəsi gətirmədi (ən yaxşı nəticə – Mid-Season Invitational 2025-də gümüş medal). Komanda yalnız Play-In mərhələsinə düşüb, bu isə əsas mərhələyə çatmadan mübarizədən kənar qalma ehtimalını yaradır. Amma beşqat dünya çempionunu hesabdan silmək bağışlanmaz səhv olardı.
  • Anyone’s Legend və Top Esports – güc baxımından bərabər səviyyədə olan bu iki Çin komandası Worlds 2025-i qazanmaq üçün təxminən eyni şansa malikdir. Hər biri iki regional splitdə bir dəfə qızıl, bir dəfə isə gümüş medal əldə edib. Anyone’s Legend-in xeyrinə olan amil Esports World Cup 2025-də tutduğu ikinci yer, Top Esports-un üstünlüyü isə final splitində rəqibini məğlub etməsidir. Hər iki komandaya azərkeş dəstəyi tam təmin olunub. Əgər əsas favoritlər turniri vaxtından əvvəl tərk etsələr, bu Çin duetindən biri asanlıqla qrand finala qədər irəliləyə bilər.

1xBet Azərbaycan platformasında artıq League of Legends üzrə ilin əsas turniri – World Championship 2025 üçün geniş proqnoz xətti təqdim olunur. Burada qalibləri, regionların ən yaxşı komandalarını, fərdi nəticələri və statistik göstəriciləri proqnozlaşdırmaq mümkündür.

Ən yüksək səviyyəli turniri 1xBet ilə izləyin!

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər