Kuala-Lumpurun meri Maymuna Mohd Şarif (Maimunah Mohd Sharif) Bakını ASEAN ölkələrinin Milli Şəhərsalma Şuraları üçün regionda dayanıqlı inkişaf mövzusunda ilk birgə sessiyanın keçirilməsi üçün ideal platforma hesab edib. Bu sözləri o, Bakı şəhərində təşkil olunan III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) deyib.
Maymuna Mohd Şarif Bakı nümunəsinin regional səviyyədə əhəmiyyətini vurğulayaraq bildirib:
“Bu regionun inkişaf perspektivlərini nəzərə aldıqda, Bakı bir nümunədir. 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna doğru irəliləyərkən Azərbaycan Milli Şəhərsalma Forumunu lokal innovasiyaları qlobal vəzifələrlə birləşdirən körpü kimi görmək, siyasətin cəmiyyətlər üçün real nəticələrə çevrilməsi üçün imkan yaratmaq lazımdır.”
O, həmçinin bu cür dialoqların region üçün dayanıqlı və inklüziv şəhərsalma siyasətinin həyata keçirilməsində əhəmiyyətini önə çəkib.





