Braziliya millisinin baş məşqçisi Dorival Junior, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili üzərində əldə etdikləri çətin qələbəyə münasibət bildirib.
Daylinews-az.com xəbər verir ki, UOL-un məlumatına görə, Dorival Junior gənc komandası ilə əlaqədar bunları söyləyib:
“Komandanın bu qədər gənc olmasına baxmayaraq, yetkin oyun sərgilədiyini gördüyüm üçün çox sevinirəm. Matç boyunca balanslı və təmkinli davrandıq. Qollarımız da mövqe dəyişikliklərindən sonra gəldi. Addım-addım irəliləyirik, amma qarşıda hələ çox iş var və düzəldilməli məqamlar mövcuddur. Yaxşı yolda olduğumuza inanıram.”
Qeyd edək ki, Braziliya millisi 2-ci dəqiqədə geri düşməsinə baxmayaraq, oyunun sonlarında iki qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb. “Sambaçılar” qələbə qolunu oyunun 89-cu dəqiqəsində vurub.





