EvMədəniyyət“Yaradan” sənədli filminin təqdimatı keçirilib

“Yaradan” sənədli filminin təqdimatı keçirilib

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurun tarixi dirçəlişinə həsr etdiyi “Yaradan” adlı sənədli filmin təqdimat mərasimi təşkil olunub. Ekran əsəri Vətən müharibəsinin 5-ci ildönümünə ithaf olunur və müharibədən sonra bu bölgələrdə aparılan genişmiqyaslı bərpa işlərini, eləcə də “Böyük Qayıdış” prosesinin nəticələrini göstərir.

Film 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin təsviratı olmaqla yanaşı, dağıntılar içindən yenidənqurma işlərini və məcburi köçkünlərin doğma torpaqlarına dönüşünü insan taleləri fonunda əks etdirir.

Sənədli filmin ssenaristi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev, montaj mütəxəssisi isə Elmar Tariyeloğludur. Yaradıcı heyət bu filmi “dağıntıdan şəhərə, xatirədən gələcəyə, kədərdən qürura” gedən xalqın hekayəsi adlandırır.

Çəkilişlər Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilan bölgələrində aparılıb.

“Yaradan” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gətirilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər