Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 184,519 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azalma deməkdir. Bu barədə məlumat Türkiyə İxracatçılar Məclisinə əsasən təqdim olunub.
Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 19,122 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu, ötən ilin həmin ayı ilə müqayisədə 14,8% azalma təşkil edir.
Eyni zamanda, 10 ay ərzində Türkiyənin elektrik məhsullarının ümumi ixracı 5,7% artaraq 14,529 milyard ABŞ dollarına çatıb. Oktyabr ayı üçün isə bu rəqəm 6,1% artaraq 1,644 milyard ABŞ dolları olub.
Türkiyədən ən çox elektrik məhsulları idxal edən ölkələr sırasında Böyük Britaniya 1 milyard 475,192 milyon ABŞ dolları (6,1% artım), Almaniya 1 milyard 147,583 milyon ABŞ dolları (0,6% artım) və ABŞ 918,363 milyon ABŞ dolları (49,4% artım) ilə ön sıradadır.





