Bakı şəhərinin Sabunçu rayonunda yerləşən üçmərtəbəli uşaq inkişaf mərkəzinin 1-ci mərtəbəsində 35 kvadratmetr sahəsi olan mətbəxdə yanğın qeydə alınıb. Yanğın nəticəsində məişət avadanlıqlarından üçü yanıb və yüksək temperatur səbəbilə iki plastik pəncərə çərçivəsi ərimişdir. Binanın digər hissələri isə yanğından mühafizə olunub və zarar görməyib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə vaxtında gəlib və yanğını tezliklə söndürüb.
Ümumi sahəsi 330 kvadratmetr olan müəssisədə ciddi zərər və böyük fəsadların qarşısı alınmışdır.





