Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-yer fizikasının İnstitutu bildirir ki, 2025-ci ildə üçüncü dəfə səviyyəsi G4 olan çox güclü maqnit qasırğası baş verəcək. Bu, 9 və 10 noyabrda Günəşdə yaranan yüksək enerjili partlayışların nəticəsində orbitə göndərilən iki böyük plazma buludunun Yerə çatması ilə əlaqəlidir.
Model nəticələrinə görə, iki zərbə arasında bir neçə saat fasilə olacaq. İlk hadisənin təsiri 11 noyabrda Bakı vaxtı ilə saat 19:00-21:00 arasında başlayaraq G1–G2 səviyyəli maqnit qasırğaları yaranacaq və Yerin şərq yarımkürəsində intensiv şimal işıqları müşahidə olunacaq. İkinci, daha güclü bulud isə gecə və ya 12 noyabr səhərində Yerə təsir göstərəcək və maqnit qasırğasının pik nöqtəsi G3-G4 səviyyəsinə çatacaq.
2025-ci ildə G4 səviyyəli bu maqnit qasırğaları əvvəllər yalnız 1 yanvar və 1 iyun tarixlərində baş verib. Hal-hazırda G5, yəni ekstremal güclü maqnit qasırğaları ehtimalı aşağıdır və yalnız istisna hallarda müşahidə oluna bilər.
Maqnit sahəsinin aktivliyi beş mərhələli miqyasla ölçülür: G1 zəif, G5 ekstremal güclü deməkdir.
Ekspertlər, xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər, hamilələr və yaşlıların bu dövrdə xüsusi diqqətli olmalarını tövsiyə edirlər.





