Azərbaycan sərhəddindən qalxdığı bildirən Türkiyə Müdafiə Nazirliyinə məxsus C-130 tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəza edib. Təyyarənin qəzaya uğraması ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşım edərək qəzanı böyük kədər hissi ilə qarşıladığını bildirib. O, Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə əlaqə saxladığını və onun dərhal hadisə yerinə yola düşdüyünü vurğulayıb. Axtarış-xilasetmə işləri Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyada davam etdirilir.
Gürcüstan hüquq-mühafizə orqanları məsələni 275-ci maddənin 4-cü bəndi üzrə araşdırır. Bu maddə hava nəqliyyatının təhlükəsizliyinin pozulması nəticəsində ölüm hallarını nəzərdə tutur.
Hadisə ilə bağlı rəsmi açıqlamalar və əməliyyatlar davam edir.





