Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 55 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi Mədinə Sadıqova bürünc medal qazanıb. Yarışa ezam olunmuş müxbirin məlumatına görə, o, üçüncü yer uğrunda qarşılaşmada pakistanlı Laiba Zianı məğlub edərək fəxri kürsünün son pilləsinə çıxıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq və Azərbaycan idmançıları medal sayını artırmaq üçün mübarizəni davam etdirir.





