Evİqtisadiyyatİşlənmiş avtomobillərin dilerlər vasitəsilə satışına ƏDV tətbiq olunması müzakirə edilib

İşlənmiş avtomobillərin dilerlər vasitəsilə satışına ƏDV tətbiq olunması müzakirə edilib

Azərbaycanda dilerlər tərəfindən satılan işlənmiş avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb edilməsi məsələsi müzakirə mövzusu olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Nicat İmanov 2026-cı ildə Vergi Məcəlləsinə daxil ediləcək dəyişikliklər barədə məlumat verərək, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinə idxal zamanı nəzərdə tutulan ƏDV azadlığının ləğvi və yerli istehsal edilən bu avtomobillərin ƏDV-dən azadlığı mövzusundakı yenilikləri diqqətə çatdırıb.

Müzakirələr zamanı işlənmiş avtomobillərin dilerlər vasitəsilə satışının ƏDV-ə cəlb olunmasının mexanizmi, həmçinin bu əməliyyatlarla bağlı ortaya çıxa biləcək vergi öhdəlikləri və qarşıya çıxa biləcək problemlərin həll yolları geniş şəkildə müzakirə edilib.

Dövlət Vergi Xidməti əməkdaşları qanunvericiliyin müxtəlif aspektlərini izah edərək, Sahibkarlarla daim dialoqun aparılacağını və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin planlaşdırıldığını bildiriblər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər